DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - FOTO

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - FOTO
07 2024 10:28

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ulu öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb, ümummilli liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər.

 


17 May 2024
Cəmiyyət

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.

17 May 2024
Cəmiyyət

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

17 May 2024
Cəmiyyət

Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.

17 May 2024
Cəmiyyət

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

17 May 2024
Cəmiyyət

Cavanşir körpüsü sökülür - RƏSMİ - FOTO

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.